Xəbər lenti

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinə 6 yaşı bu ilin sentyabr ayının 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə keçirilən müsabiqənin nəticələri bəlli olub.

Ovqat.com bildirir ki, artıq valideynlərə nəticələr barədə SMS-lər də göndərilib. Müsabiqədən uğurla keçən uşaqlar oxuyacaqları məktəbi seçə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Günel Kərimova deyir ki, müsabiqədən keçən uşaqlar sentyabrın 15-ə qədər onlayn qeydiyyat yolu ilə adlarını ümumitəhsil məktəblərinə yazdıra biləcəklər. Qeydiyyatda olduğu ünvandan asılı olmayaraq, bu şagirdlərin hər biri istədikləri məktəbə sənəd verə bilərlər. Lakin müsabiqədən uğurla çıxmaları məktəbə qəbul prosesində onlara digər şagirdlərdən əlavə üstünlük vermir. Həmin şagirdlərin yerləşdirilməsi məktəbdə qalan boş yerlərə və siniflərin tutumuna uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar arasında yalnız məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış uşaqlar I sinfə müsabiqədənkənar qəbul ediliblər. /xezerxeber.az/




Ana səhifəyə qayıt        Baxış: 895          Tarix: 12-07-2017, 21:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma