Xəbər lenti
 
Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi arasında ikitərəfli elmi əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.
Ovqat.com bildirir ki, AZƏRTAC-ın məlumatına görə, sənədi Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı və Cənub Elm Mərkəzinin sədri Gennadi Matişov imzalayıblar.
Bundan başqa, AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu arasında əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.
Sənədi Musa Qasımlı və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçək imzalayıblar.



Ana səhifəyə qayıt        Baxış: 1 239          Tarix: 17-04-2017, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma