Xəbər lenti
2-07-2020, 19:26
 
Təhsil Nazirliyi gələcəkdə müəllim və direktor olmaq istəyənlər üçün sınaq imtahanlarını regionlarda keçirməyi planlaşdırır.
Ovqat.com A24.Az-a istinadla xəbər verir ki, Nazirliyin Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzindən verilən məlumata görə, aprel ayının 15-də ilk dəfə olaraq direktor vəzifəsinə, aprel ayının 16-da isə növbəti dəfə müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirilib.
Mərkəzdən  verilən məlumata görə, direktor vəzifəsi üçün elektron sınaq imtahanında respublikanın 27 bölgəsindən 100-ə yaxın namizəd, müəllimlərin işə qəbulu üçün elektron sınaq imtahanında isə 23 bölgədən 400-ə yaxın namizəd imtahan verib. Müəllim olmağa hazırlaşanlar üçün sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən anda dərhal öz nəticələrini, səhv və düz yazdıqları sualları görə bilirlər.
Təhsil Texnologiyaları Mərkəzi tərəfindən növbəti elektron sınaq imtahanları aprel ayının 22-də direktor olmaq istəyənlər, aprel ayının 23-də isə müəlim olmaq istəyənlər üçün Nizami rayonu 220 nömrəli məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək. Sınaq imtahanı real imtahanda olduğu kimi kompüter vasitəsilə həyata keçirilir.
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə müraciətləri nəzərə alaraq, bu sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub.
Elektron sınaq imtahanında iştirak etmək üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək olar.



Ana səhifəyə qayıt        Baxış: 853          Tarix: 17-04-2017, 21:36      


Paylaş: