Xəbər lenti

 

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi sabah saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq.

Dövlət İmtahan Mərkəzindən Ovqat.com-a verilən məlumata görə, 9 avqust tarixinə qədər 41360 abituriyent öz elektron ərizəsinə təsdiqləyib. 750 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 9-08-2017, 19:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma