Xəbər lenti

 

«ASAN Peşə» layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən "Ovqat.com"a verilən məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili bildirib ki, nazirliyin “ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə avqustun 1-dən start götürüb. Onun sözlərinə görə, artıq 10 gündür davam edən sənəd qəbulunda 5 minə yaxın vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib: “Seçimdə ən yüksək maraq aşpaz ixtisasınadır: “Aşbazlığa həm qızlar, həm də oğlanlar maraq göstərirlər. Ən çox müraciət olunan ixtisaslar arasında kompüter operatoru, veb-dizayner, kompüter ustası, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi də var. Gözlənildiyi kimi, peşə-ixtisas təhsili müəssisələrinə qəbula böyük maraq var. Valideynlər “ASAN xidmət” mərkəzlərinə gələrək ixtisaslarla maraqlanır, mütəxəssislərimizin köməyindən istifadə edərək müvafiq ixtisasları seçirlər”.




Ana səhifəyə qayıt        Baxış: 872          Tarix: 11-08-2017, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma