Xəbər lenti

 

Müəllimliyə namizəd bir qrup şəxs eyini problemlə qarşılaşaraq bu gün müsabiqə mərhələsinə buraxılmayıblar. Belə ki, xanəndəlik sahəsində təhsil aldığı əsas gətirilərək onları musiqi müəllimi işləmək üçün nəzərdə tutulan imtahana buraxmayıblar. Təhsil nazirliyindən xəzər xəbərə bildirilib ki, xanəndilik musiqi sənətidir, amma musiqi müəllimliyi demək deyil.

Qeydiyyatdan keçdilər, imtahan verdilər. Yüksək bal toplasalar da müsabiqə mərhələsinə buraxılmadılar.

Bir qrup namizəd müəllimlərin işə qəbulu imtahanından narazıdırlar. Bildirirlər ki, əziyyətləri bəhrəsiz qalıb.

Müəllim namizədlərin sözlərinə görə, imtahana buraxılmama səbəbləri diplomlarındakı ixtisas dadır.

Onlar həmçinin bildirib ki, əgər ixtisasları yarasız idisə o zaman yaxşı olardı ki, əvvəlcədən onlara bu barədə məlumat verilərdi. Və namizdədlər də bu qədər əziyyət çəkməzdi.

Gəncləri ən çox narahat edən isə indi əllərindəki diplomun nə iş yarayacağıdır.

Məsələ ilə bağlı Təhsil nazirliyinin mövqeyini öyrəndik.Nazirlikdən xəzər xəbərə bildrildiki,burda sadəcə olaraq qeydiyyat zamanı diqqətli olub bəzi nüanslara fikir vermək lazım idi

Bu o deməkdir ki, namizədlər müəllim kimi yox, diplomda yazılan ixtisas üzrə işləmək məcburiyyətindədir. /XəzərXəbər/




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 14-08-2017, 21:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma