Xəbər lenti

 

Ali məktəblərə qəbul olan tələbələrin qeydiyyatı başlayıb.

Ovqat.com-un məlumatına görə, bəzi universitetlərdə bu proses uzun növbələrə səbəb olub. Xüsusilə bu il 5200 tələbə qəbul edən Bakı Dövlət Universitetində daha çox sıxlıq müşahidə olunur.

Bir neçə gündür ki, tələbələrin universitetlərə qeydiyyatı başlayıb. 5 min 200-dən çox tələbə Bakı Dövlət Universitetində oxumaq şansı qazanıb. Qeydiyyat üçün universitetə gələn tələbələr növbə ilə qarşılaşıblar. Onların sözlərinə görə, sənədləşməni aparan məsul şəxslərin sayının az olması vaxt itkisinə səbəb olur.

Valideynlərin sözlərinə görə, ötən gün daha çox sıxlıq olub. Hətta bəziləri uzun növbəyərə görə geri qayıtmalı olublar.

23 min tələbəsi olan BDU-nun prorektoru Sani Hacıyevin sözlərinə görə, 17 fakultənin hər birində bir neçə ixtisas var. Ötən gün sıxlığa, 2 mindən çox tələbənin bir gündə müraciət etməsi səbəb olub.

Maraq böyük olan ixtisaslarda qeydiyyatı 4 və ya 6, digərlərində isə 2 məsul şəxs həyata keçirir. Sani Hacıyev deyib ki, hər il eyni vəziyyət müşahidə olunduğundan məsul şəxslərin sayının artırılması düşünülmür. Bakı Dövlət Universitetinə qəbul olunan 5200-dən çox tələbənin bu günə qədər 4 minə yaxını artıq sənəd verib. Qeyd edək ki, qeydiyyat prosesinə avqust ayının 25-də son veriləcək./Xezerxeber.az/

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 467          Tarix: 22-08-2017, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma