Xəbər lenti

 

İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək.

Ovqat.com-un məlumatına görə, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hazırda yeni imtahan modelləri üzərində müzakirələr aparıldığını deyib.

Sədrin bu açıqlamasını "Xəzər Xəbər"ə şərh edən Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, 2008 ci ildən bu günə qədər orta məktəblərdə tədrisin kurikulum üsulu ilə keçirilməsi imtahan üsulunun dəyişdirilməsi zərurətini yaradıb.

Təhsil Nazirliyi ilə birlikdə Dövlət İmtahan Mərkəzinin ekspertləri yeni imtahan üsulunun necə həyata keçirilməsi üzərində işləyir. Hazırda yeni imtahan üsulunun təfərrüatları dəqiq bilinməsə də, yaxın vaxtlarda buraxılış və qəbul imtahanlarının necə olacağı ictimaiyyətə açıqlanacaq.

Yeni imtahan üsulu təsdiqlənəcəyi halda bu il və gələn il imtahan verəcək abituriyent və məzunlara aid edilməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 24-08-2017, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma