Xəbər lenti
Bu gün, 10:55


Vahid Əhmədov: “Söhbət bu sistemin ləğvindən deyil, yeni formatda təqdimatından gedir”

Son günlər test sisteminin ləğvi ilə bağlı ölkə meddiasında yer alan fikirlər ictimaiyyətdə müəyyən narahatlığa səbəb olub. İnsanların bir çoxu bunun ağır fəsadlara, arzuedilməz nəticələrə səbəb olacağı qənaətindədir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov test sisteminin önəminə diqqət çəkdi:

“Şübhəsiz ki, test üsulunun ləğvi Azərbaycan təhsilinə ciddi zərbə olar. Çünki müstəqilliyimizin ilk illərində tətbiq edilən bu sistem sovet dövrünə məxsus rüşvətxorluğun qarşısını almış, tələbə qəbulunda obyektivlik və şəffaflığı təmin etmişdir. Test üsulu ilə qəbula cəmiyyətin münasibəti də bunu təsdiq edir.

Məsələ ilə əlaqədar rəsmilərin çıxışlarından məlum olur ki, burada söhbət test sisteminin ləğvindən deyil, onun təkmilləşməsindən gedir.  Aidiyyatı qurumlar bu sistemi ictimaiyyətə yeni fomatda təqdim etmək niyyətindədirlər. Yəni söhbət test üsulundan imtinadan getmir. Bu baxımdan hesab edirəm ki, ciddi narahatlıq üçün əsas yoxdur.

Bir daha qeyd edirəm ki, test üsulu ölkə təhsili baxımından mühüm əhəmiyyət kəsb edir və ondan imtina ağır nəticələrə səbəb ola bilər”




Ana səhifəyə qayıt        Baxış: 733          Tarix: 29-08-2017, 18:03      


Paylaş:   

Ən çox oxunanlar