Xəbər lenti

 

2017/2018-ci tədris ilində Azərbaycanda 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlanıb.

Bunu Təhsil Nazirliyi ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 945 şagird gedəcək.

Bu rəqəm ötən ilə nisbətən çoxdur. 2016/2017-ci tədris ilində ölkə üzrə 164033 nəfər şagird birinci sinifə gedib. Beləliklə, ötən illə müqayisədə 1-ci sinfə gedənlərin sayında 912 nəfər artım var./Teleqraf.com/




Ana səhifəyə qayıt        Baxış: 966          Tarix: 1-09-2017, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma