Xəbər lenti
Bu gün, 13:22
Bu gün, 12:26
Bu gün, 11:35
Bu gün, 10:46
Bu gün, 09:16
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
7 aprel 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair brifinq keçirilib.
Ovqat.com Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”na və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət planının 4.2-ci bəndinə əsasən İSİM tərəfindən həyata keçirilməsi planlaşdırılan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu haqqında KİV nümayəndələrinə məlumat verilib.
Azərbaycanda “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə (HBSC) dair sorğu ilk dəfə 2017-ci ildə keçiriləcək Tədqiqat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) metodologiyası əsasında aparılacaq. Bu məqsədlə, İSİM metodologiyanın daha yaxşı öyrənilməsi və tətbiqi üçün ÜST-nin dəstəyi ilə Bakıda ilin əvvəlində beynəlxalq mütəxəssislərin iştirakı ilə bir seminar da keçirib.
Sorğu Təhsil Nazirliyinin dəstəyi ilə pilot layihə olaraq 2017-ci ilin aprel ayında Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla 5, 7 və 9-cu sinif şagirdləri arasında keçiləcəkdir. Bu pilot sorğunun 1350 şagird arasında keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, sorğunun nəticələri barədə hesabat hazırlanacaq və Təhsil Nazirliyi ilə bərabər təhlil ediləcəkdir. Pilot sorğunun uğurlu olduğu təqdirdə, ilin sonunda sorğunun bütün ölkə üzrə 4300 məktəbli arasında keçirilməsi nəzərdə tutulub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar