Xəbər lenti

 

Tərkibindəki vitamin və minerallar sayəsində dəri üçün ən əhəmiyyətli qidalardan biri olan bal, xüsusilə yay aylarında quruyan dəriyə məlhəm olur.

Ovqat.com ailem.az-a istinadən yay aylarında dərinizin parlaq görünməsinə səbəb olan bal maskalarını təqdim edir.

Limon və bal maskası:
2 çay qaşığı bal
1 çay qaşığı limon suyu
Balın üzə sürtülməsi çətin olsa da, üz təmizləyici təsiri üçün bu əziyyətə dözməyə dəyər. Bal və limon maskası sayəsində dəriniz qara nöqtələrdən təmizlənəcək.
Qəhvə və bal maskası:
2 çay qaşığı qəhvə
2 çay qaşığı bal
Bal və qəhvəni bir qabda qarışdırıb üzünüzə vurun. Qəhvənin içindəki kofein sayəsində dəriniz daha tarım görünəcək.
Bal, qatıq, banan maskası:
2 çay qaşığı bal
1 yemək qaşığı qatıq
1 banan
Bal və qatığı bir qabda qarışdırın. Daha sonra bananı əzərək onlarla birlikdə qarışdırın. Qatıq və banan tək cildinizi rahatlatmayacaq, həm də balla birlikdə üzünüzə işıltı verəcək.
Səhər naharı maskası:
1 yemək qaşığı bal
1 yemək qaşığı yulaf
2 yemək qaşığı qatıq
1 yumurtanın ağı
Eynilə səhər naharı təəssüratı kimi görünən bu maska dərinizin ehtiyacı olan bütün vitaminləri qarşılayaraq onu parıldadacaq. Sadalanan ləvazimatları qarışdıraraq, üzünüzə sürtün.




Ana səhifəyə qayıt        Baxış: 1 392          Tarix: 12-07-2017, 21:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma