Xəbər lenti

 

Bu gün Dünya Jurnalistlər Birliyinin (DJB) və djb.az internet portalının bir yaşı tamam oldu.
1 yaşı olmasına baxmayaraq, adıçəkilən qurumun və onun saytının Azərbaycan mətbuatının inkişafında, peşəkar jurnalist ordusunun yetişməsində, dövlətçiliyimizin qorunub saxlanılmasında, vətənpərvərliyin təbliğində xüsusi xidmətləri var. Əminik ki, DJB-nin və djb.az-ın kollektivləri öz qarşılarına qoyduqları vəzifələrin öhdəsindən layiqincə gələcək, məqsədlərinə nail olacaq, daha böyük ugurlara imza atacaqlar.
Ovqat.com analitik informasiya portalının kollektivi DJB və djb.az saytının kollektivlərinin təbrik edir, onlara uzun ömür, can sağlığı, bol-bol və yeni-yeni uğurlar arzulayır. 
Qələminiz həmişə qılıncdan kəsərli, sözünüz daşdan keçərli olsun, əziz həmkarlar!
 

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 919          Tarix: 7-09-2017, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma