Xəbər lenti

"Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq iki ölkə üçün çox vacibdir, münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla münasibətlərin bərpası imkanları barədə sualı cavablandırarkən jurnalistlərə deyib.

"Biz hökumətlərarası komissiyanın iclasını keçirdik və iqtisadi sahədə hər iki tərəf qeyd etdi ki, əməkdaşlığımız inkişaf edir. Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Biz bu münasibətlərin yaxşılaşdırılması üzərində işləyirik", - deyə Overçuk bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 554          Tarix: Bu gün, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma