Xəbər lenti

 

Türkiyənin Van şəhərində keçirilən təməlqoyma mərasimində fırtına səbəbi ilə platformanın qismən dağılması nəticəsində Diyanət İşləri Başqanı Mehmet Görməzin də aralarında olduğu çoxlu sayda dəvətli ölümdən dönüblər.

Ovqat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) Vandan olan millət vəkili Bəşir Atalayın çıxışı zamanı qonaqlar üçün qurulan platformanın dəmir dayaqları yerindən çıxıb.

Mehmet Görməz mühafizəçiləri tərəfindən ərazidən çıxarılıb. Fırtına səbəbi ilə mərasimdə qısa müddətli fasilə yaranıb.

 




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 19-05-2017, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma