Ermənistan və Azərbaycan tərəfi Geğarkunik vilayətinin Zod rayonunda delimitasiya işləri aparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti öz mənbələrinə istinadən xəbər verir.
Məsələ ilə bağlı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, tərəflər Zod yatağı yaxınlığındakı sərhəd məntəqəsinə müştərək baxış keçiriblər.
M.Qriqoryan Ermənistan və Azərbaycan hərbçilərinin bir neçə gündür xəritə üzrə delimitasiya işləri apardıqları barədə xəbərləri təkzib edib.
Baş nazirin müavini delimitasiyanın referenduma qədər həyata keçirilməsi zərurəti barədə sualı cavablandırıb. O deyib ki, bu işlər Ermənistan qanunvericiliyi, eyni zamanda, parlamentin ratifikasiya etdiyi Ermənistan və Azərbaycanın delimitasiya üzrə komissiyasının müştərək fəaliyyət reqlamentinə uyğun nizamlanır.
Əvvəllər Mqer Qriqoryan bildirmişdi ki, növbədənkənar qaydada delimitasiya Sünik vilayətində, "Tramp marşrutu" (TRIPP) layihəsinin mümkün sahələrində keçirilə bilər.
Paylaş:




























