Xəbər lenti

Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyukun Çeçenistanda rusiyalı hərbçilərin güllələnməsində iştirakını təsdiqləyən sübutlar var.

Ovqat.com bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.  

Məlumatda qeyd olunur ki, A.Yatsenyuk 1995-cı ildə Çeçenistanın paytaxtı Qroznıda rusiyalı hərbi əsirlərə işgəncə verilməsində və onların öldürülməsində iştirak edib. Həmçinin 1994-cu il 31 dekabr və 1995-ci ilin fevralında Qroznının Minutka meydanında baş verən döyüş toqquşmalarında iştirakı təsdiqlənib.

“Xüsusi ağır cinayətlər törətmək ittihamları əsasında Yatsenyuk beynəlxalq axtarışa verilib. İstintaq Komitəsi müvafiq sənədləri hazırlayaraq İnterpola göndərib. İstintaq Komitəsi Yatsenyukun Rusiya qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq niyyətindədir", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Yessentuki şəhər məhkəməsi ötən ayın sonunda Ukraynanın sabiq baş naziri barəsində Çeçenistanda döyüşlərdə iştirak etdiyi üçün “qiyabi" həbs qərarı şıxarıb. Ona qarşı banditizm maddəsi ilə ittiham irəli sürülüb.

A. Yatsenyuk 2014-2016-cı illərdə Ukrayna hökümətinin başçısı olub.

Məlumata görə, birinci Çeçenistan müharibəsi zamanı hökumət qüvvələrinə qarşı 100-dək ukraynalı döyüşüb. Onların əksəriyyəti milliyyətçi təşkilatların üzvü olub.

 




Ana səhifəyə qayıt        Baxış: 694          Tarix: 29-04-2017, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma