Xəbər lenti

 

Çin rəhbərliyinin işğalı altında olan Şərqi Türküstanda inanılmaz “dini qaydalar”…

Çin rəhbərliyinin işğalı altında olan Şərqi Türküstanda müsəlman uyğur türklərinin cənazə mərasimlərini islam qaydalarına uyğun keçirmələrini və məscidə gedərək cənazı namazı qılmalarını qadağan etdiyi bildirilib. 

Ovqat.com Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının səlahiyyətli şəxsi məsələ ilə bağlı belə bir qərarın olduğunu təsdiq edərək bunları qeyd edib:

“Yeni dünyaya gələn uşaqlara ad verilməsi, dini nikah bağlanılması və cənazələrin dəfni ilə bağlı ideoloji fəaliyyətlər haqqında açıq hökmlər verilib. Cənazə sahibi cənazənin dəfni haqqında yerli Çin Kommunist Partiyasının rəhəbərliyinə xəbər verəcək, cənazənin dəfn olunma qaydalarını bildirəcək, bu təsdiq olunduqdan sonra dəfn işləri aparılacaq, cənazə namazını qılacaq imam və mərhumu yuyanlar cənazə sahibinin evinə göndəriləcək, bu qərara zidd hərəkət edənlər isə cəzalandırılacaqlar”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 9-05-2017, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma