Xəbər lenti
ŞOK! Kişilərin qabağında arvadının başını qırxan Əbülfəz azərbaycanlı məşhurun oğlu imiş - FOTOLAR

Bakıda bir neçə gün əvvəl özünü ataraq intihar edən Susana Şərifovanın qeyri-rəsmi yaşadığı əri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
Ovqat.com "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Susananın ölümü ilə bağlı həbs olunan əri Baxşiyev Əbülfəs tanınmış ailənin övladıdır. Belə ki, anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, "Ədəbiyyat qəzeti" nin əməkdaşıdır.
Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.
Qeyd edək ki, Susana azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.




Ana səhifəyə qayıt        Baxış: 1 486          Tarix: 18-05-2017, 07:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma