Xəbər lenti
 
Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Neman Abbasov, Adil Kazımov və Muxtar Qasımov barələrində olan hökmdən verilən apellyasiya şikayətinin məhkəmə iclası başlayıb.
Ovqat.com "Report"-a istinadən bildirir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 19-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i - N.Abbasov, A.Kazımov, Aytəkin Tağıyeva, M.Qasımov və Ziyafət Qurbanov isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşlarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) sabiq əməkdaşlarıdır. Z.Qurbanova isə “Moskva univermağı”nda qızıl satışı ilə məşğul olur.
Təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasov saxlanılarkən barələrində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə (A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanova) zamində olublar. Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsində təqsirli biliniblər.
Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.3.3-ci (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Baylyyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində 1 il sınaq müddəti təyin edilib və Türkmənistan vətəndaşı 6 il şərti cəzaya məhkum edilib. N.Abbasov 9 il müddətinə azadlıqdan məhrum olunub.
Zamində olan digər şəxslər - A.Kazımov və M.Qasımov isə məhkəmə zalında həbs ediliblər. Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Tağıyeva və Z.Qurbanov isə şərti cəzaya məhkum olunublar. Belə ki, məhkəmə onların hər birinə 6 il şərti cəz
a təyin edib.


Ana səhifəyə qayıt        Baxış: 1 234          Tarix: 7-04-2017, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma