Xəbər lenti
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
 
Ovqat.com FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 47 m2 olan kafenin taxta konstruksiyalardan ibarət mətbəxi 12 m2 sahədə və içərisində olan əşyalar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən kafenin mətbəxindən 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Ana səhifəyə qayıt        Baxış: 1 126          Tarix: 19-04-2017, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma