Xəbər lenti
7-03-2019, 22:48
 
 
 “Fotorepartyor Rüstəmxanlının Məhsul stadionunun yanındakı evin yuxarı mərtəbəsindən çəkdiyi mitinqin ponoraması çox neqativ təsir bağışlayır. İlk növbədə o meydanda (15 minlik stadionda) DİN -nin dediyi kimi 1500 yox, maksimum 800-900 adam gözə dəyir. Nəzərə alsaq ki, o adamların ən azı 400-ü mülkü formada olan dövlət çinovlikləri və 200-ə yaxını islamçılardır, MŞ-nın professorunun çağrışına maksimum 300-400 adam səs verib”.


Ovqat.com xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev Milli Şuranın aprelin 8-də keçirdiyi mitinqi şərh etdiyi statusunda bildirib. 
O,  facebook səhifəsində daha sonra yazıb:

“Özünün 2013-cü ildə prezident seçildiyini (65 faizlə) iddia edən professorun 15 gün bundan öncə əminliklə və ağzı köpüklənə-köpüklənə mitinq keçirmək xülyası xalqın sosial tələbidir və bu işi görmək bu gün zəruriyyətdən irəli gəlir şüarı, bu insanın həyatdan hansı səviyyədə uzaq olduğunu bir daha göstərir.
Bizim hörmətli professor 10 il parlamentdə oturub, ancaq bir dəfə çıxış edib. Onda da hökümətin apardığı düzgün siyasət nəticəsində Azərbaycanın misilsiz inkişafından və xüsusilə təhsil sistemində analoğu olmayan işlərin görüldüyündən fəxrlə danışmışdır. Özü müəllim olan bir şəxsin Azərbaycanın sözün əsl mənasında analoqsuz acınacaqlı təhsil sistemini tərifləməsi mənəviyyatsızlıqdır.
2013-cü il prezident seçkilərindən sonra bu insan təşkil etdiyi mitinqlərlə (axırıncı mitinqə 500 adam gəlmişdi) seçkilərin saxtalaşdırdığını qeyd edən beynəlxalq təşkilatlar və dövlətlər qarşısında (bu saxtalaşdırmağın iştirak edən şəxslərdən kiminsə çox səs toplaması ilə əlaqəsi yoxdur) İlham Əliyevin prezidentliyini leqitimləşdirdi. Əliyev mitinq kartını beynəlxalq təşkilatların qarşısına qoydu. Özünüz baxın xalq məni 65 faizlə prezident seçib elan edən şəxsə mitinq keçirməyə şərait yaratdım və ona səs verənləri stadioana dəvət edib gücünü göstərməyi xahiş etdim, ancaq maksimum 3-5 min adam toplaya bildi. Mən razıyam saxtalşma faktları olub, ancaq bu faktlar ümumi nəticəyə təsir göstərə bilməzdi. Bu məntiqin qarşısına qoymalı bir şey yoxdur. Bu dəfəki mitinqlə prezidentin Sentyabr konustitusiya qanunlarını dəyişdirmək cənab professor tərəfindən leqitimləşdirildi. Hansı səbəbdən, nə üçün bu səviyyədə xalq əleyhinə iş təşkil olundunu bəzi detalları dəqiqləşdirəndən sonra nəzərinizə çatdıracağam”.



Ana səhifəyə qayıt        Baxış: 1 309          Tarix: 10-04-2017, 11:47      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar