Xəbər lenti

  

“NATO-nun Baltikyanı ölkələrə əsgər göndərməsi yeni hərbi təhlükəsizlik vəziyyəti meydana gətirir. Rusiya buna laqeyd qala bilməz və öz hərbi vasitələrindən istifadə edərək NATO-ya cavab verəcək”.

Ovqat.com xəbər verir ki, bunu Rusiyanın NATO-dakı səfiri Aleksandr Gruşko mətbuata açıqlamasında deyib.

Səfirin sözlərinə görə, Moskva NATO-nun Baltikyanı ölkələri və Polşada hərbi yayılma siyasətindən ciddi narahatdır və Alyans öz mövqeyini dəyişməsə, əlaqələri inkişaf etdirmək çətin olacaq.

Qeyd edək ki, Rusiyanın 2014-ci ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki təcavüzkar siyasəti sonrasında NATO-nun şərq qanadındakı ölkələr Alyansdan əlavə təhlükəsizlik təminatı tələb etmişdilər. Bu “çağırış”dan sonra NATO Rusiyanı "öz fikrindən daşındırmaq" məqsədiylə 2016-cı il Varşava sammitinin qəbul etdiyi qərarla, Estoniya, Latviya, Litva və Polşaya əsgər göndərməyə başlamışdı.

Dünən isə Baltikyanı əməliyyatlar çərçivəsində NATO-nun 4 minə yaxın əsgəri Polşanın Szczecin limanında "döyüş oyunları" manevrinə start vermişdi. Manevr 16 iyuna qədər davam edəcək.

Görünür, rus səfiri məhz bu fakta qəzəblənərək, Alyansa “biz də başlayarıq, ha!” mesajı verib.




Ana səhifəyə qayıt        Baxış: 1 588          Tarix: 2-06-2017, 22:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma