Xəbər lenti
 
Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-da genişmiqyaslı hərbi təlimlər başlayıb.
Ovqat.com xəbər verir ki, bunu Müdafiə Nazirliyi bildirib.
Nazirliyin yaydığı məlumata əsasən, hərbi təlimlərin məqsədi qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasıdır.
Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər aprelin 21-dək davam edəcək.


Ana səhifəyə qayıt        Baxış: 1 438          Tarix: 16-04-2017, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma