Xəbər lenti

  

Türkiyəli müğənni Bülent Ersoyun Safiyə Soyman, Banu Alkan və Burcu Esmersoyla hazırladığı yeni proqramda hər dəfə maraqlı anlar yaşanır.

 Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Dünya gözəllərim” adlı proqramının bu dəfəki bölümü Vyetnamda çəkilib.

 Çəkilişlər üçün Vyetnama yollanan məşhurların başına müxtəlif hadisələr gəlib.

 Belə ki, Safiyə Soyman yollarda gingerlə gəzənləri gördükdən sonra özü də onu sınaqdan keçirmək istəyib.

 Əvvəlcə yaxşı başlayan ginger macərası sonda faciə ilə nəticələnib. Belə ki, yerə yıxılan Soymanın köməyinə ilk olaraq Banu Alkan gəlib.

 Yaşadığı çətin anlara ən çox özü gülən sənətçi "Çox şükür heç bir yerimi sındırmadım. Mənim üçün gözəl bir an oldu” deyib.




Ana səhifəyə qayıt        Baxış: 983          Tarix: 9-08-2017, 08:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma