Xəbər lenti

 Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib.

Belə ki, kənd sakini Kərimov Məhəmməd Şahqulu oğlu otardığı heyvanları yolun qarşı tərəfinə keçirtmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub. Ağır xəsarət alan çoban xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 29-05-2017, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma