Xəbər lenti

Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı maşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, qezanın görüntülərini Orxan Məmmədli adlı facebook istifadəçisi öz səhifəsində paylaşıb.

 




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 30-05-2017, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma