Xəbər lenti

 Perunun mərkəzi bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

RİA “Novosti” xəbər verir ki, yeraltı təkanların episentri Satipo şəhərindən 62 km şimalda, ocağı isə 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Bir sıra yaşayış məntəqələrində telefon rabitəsi pozulub.

Qeyd edək ki, avqustun 11-də Perunun cənubunda baş verən zəlzələ nəticəsində bir nəfər həyatını itirib. 




Ana səhifəyə qayıt        Baxış: 915          Tarix: 14-08-2017, 00:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma