Xəbər lenti

 

Bu çox ciddi və aktual sualdır. Alimlər xalları dərinin defekti hesab edir. Xüsusilə xallar iri, qabarıq olduqda bu olduqca təhlükəlidir.

Belə xalların xərçəngə çevrilmək ehtimalı yüksəkdir.

Xallar hansı səbəbdən xərçəngə çevrilə bilər? Xalların mexaniki travmaları (qopma, kəsilmə və s.) xərəngin inkişafı prosesinə təkan verə bilər.

Bundan əlavə ultrabənövşəyi şüaların həddindən artıq təsiri də onkoloji prosesin inkişafına yol aça bilər. Həkimlər bədəndə iri, qabarıq xalları olan insanlara açıq günün altında yalnız 10.00-a qədər və 17.00-dan sonra mümkün qədər az qalmağı, əsasən kölgədə "zaqar" almağı, solyaridən isə ümumiyyətlə istifadə etməməyi tövsiyə edirlər.

Bir qayda olaraq xalda hər hansı dəyişiklik gördükdə (formasının və ya rənginin dəyişilməsi, böyüməsi, qanaması və s.) vaxt itirmədən onkoloqa müraciət edin! /Saglamolun.Az/






Ana səhifəyə qayıt        Baxış: 876          Tarix: 25-07-2017, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma