Xəbər lenti
 
İstifadə edəcəyəniz bu içkinin təsirini ilk günlərdən hiss edəcəksiniz. Maddələr mübadiləsinə, immun sisteminə, qaraciyərin, öd kisəsinin, mədəaltı vəzin fəaliyyətinə müsbət təsir göstərən, orqanizmi zərərli maddələrdən təmizləyən bu içki diabet və yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün isə əsl möcüzədir.
Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.
Bu içkinin hazırlanması üçün lazım olan bütün inqredientləri asanlıqla əldə etmək mümkündür.
Nələr lazımdır?
1 çay qaşığı darçın
2 xörək qaşığı alma sirkəsi
2 xörək qaşığı limon şirəsi
1 xörək qaşığı bal
1 stəkan su
Bütün bunlar yaxşı qarışdırılır. Alınmış maye səhərlər boş mədəyə qəbul edilməlidir. Müalicə kursu 3 aydır. Bu içkinin hər gün səhər, qəbul edilməzdən əvvəl hazırlanması məsləhət görülür. Yəni, onu axşamdan hazırlayıb soyuducuda saxlamaq düzgün deyil.
Bu içkinin hazırlanmasında istifadə olunan inqredientlərin təbii və keyfiyyətli olmasına xüsusi diqqət yetirilməlidir.
Kursa başlamazdan əvvəl həkiminizlə məsləhətləşməyi də unutmayın.



Ana səhifəyə qayıt        Baxış: 1 014          Tarix: 11-08-2017, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma