Xəbər lenti

 

İnsanların səhhəti ilə bağlı şikayətlərində tez-tez rast gəlinən hallardan biri də mədədə yaranmış ağırlıqla bağlıdır. Hətta bəzən sağlam olan, keyfiyyətli ərzaq məhsulları ilə qidalanan insanlarda da bu problem baş qaldırır. Təbii ki, mədədə yaranan ağırlığın səbəbi həzmlə bağlıdır. Yəni qəbul olunan qidalar mədədə normal həzm olunmur. Bəs buna səbəb nədir?

Ovqat.com modern.az-a istinadən bildirir ki, əgər mədədə ciddi bir xəstəlik yoxdursa bu problem adətən çox yeməkdən, ayrı-ayrı qida məhsullarını qarışdırmaqdan və düzgün qidalanmamaqdan yaranır. Qida məhsullarının normal həzmi üçün mədəyə müəyyən bir vaxt lazımdır. Aşağıdakı siyahıda qidaların həzmi üçün sərf olunan vaxtı təqdim edirik:

Meyvə şirələri - 15-20 dəqiqə

Tərəvəz şirələri - 20-25 dəqiqə

Qarpız - 20 dəqiqə

Yemiş - 30 dəqiqə

Çiy tərəvəz - 30-40 dəqiqə

Alma, armud, ərik - 40-45 dəqiqə

Kələm, balqabaq, qarğıdalı - 45-50 dəqiqə

Düyü və qarabaşaq sıyıqları - 2 saat

Süd məhsulları - 2 saat

Yumurta - 45-50 dəqiqə

Balıq - 1 saat

Quş əti - 2-3 saat

Mal əti - 4 saat

Qoyun əti - 4-5 saat

Donuz əti ( o cümlədən donuz ətindən hazırlanmış məhsullar) - 5-6 saat

Əgər insan günorta yeməyində mal ətindən hazırlanmış xörək yeyirsə, demək onun mədədə həzmi üçün ən azı 4 saat vaxt lazımdır. Ancaq çoxları bu həzm prosesi üçün lazım olan vaxtı gözləmədən, yeməkdən dərhal sonra, yağlı bir tort parçası ilə çay içir, yaxid bir xörəklə kifayətlənməyib üstündən digər bir ət məhsulundan hazırlanmış xörək də yeyir. Sözsüz ki, bu da mədədə ağırlığa səbəb olur.

Qəbul edilən qidaların faydalarından bəhrələnmək, mədədə və ümumiyyətlə orqanizmdə xoşagəlməz problemlərlə üzləşməmək üçün qidaların tam mənimsənilməsinin, həzm prosesinin başa çatmasını gözləmək ən vacib şərtdir. Yediklərininzin nuş olması üçün bu şərtə əməl edin.




Ana səhifəyə qayıt        Baxış: 978          Tarix: 13-08-2017, 00:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma