Xəbər lenti

Azərbaycanın Rusiyadakı səfirliyi 9 may 2017-ci il tarixində Moskvada “Bessmertnıy polk” (“Ölməz alay”) hərəkatının yürüşü zamanı azərbaycanlı və erməni gənclər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.

Ovqat.com xəbər verir ki, Səfirlikdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib. 
Qeyd olunur ki, hadisə ilə əlaqədar və gələcəkdə belə halların təkrarlanmaması məqsədi ilə səfir Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.
Eyni zamanda vurğulanır ki, səfirlik insident zamanı zərərçəkmiş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarətdə saxlayır.

 




Ana səhifəyə qayıt        Baxış: 826          Tarix: 10-05-2017, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma