Xəbər lenti

 

Kaliforniya Universitetinin alimləri araşdırma apararaq ilk dəfə sübut ediblər ki, insanın kütləşməsinin əsas səbəbi şəkərin (qlükoza və fruktoza) miqdarının qida rasionuna həddən artıq çox daxil edilməsidir. Bir sözlə ifadə etsək şirniyyatı sevən insanlarda kütləşmə ehtimalı daha çoxdur. Belə ki, mütəxəssislərin elmi araşdırmalardan sonra gəldikləri qənaətə görə şəkər beynin işini ləngidir, yaddaşı zəiflədir, xüsusilə zehni əməklə məşğul olan insanlarda iş qabiliyyətini aşağı salır. Çünki şəkər beyinlə əlaqədə olan neyronların aktivliyinə və möhkəmliyinə yardımçı olan Omeqa 3 yağ turşularının parçalanmasına səbəb olur.

Alimlərin fikrinə görə şəkərin qəbulu qazlı içkilərdə, uşaq yeməklərində, müxtəlif un məmulatlarında (tort, pirojna, bulka) daha təhlükəlidir. Orqanizmin qlükoza və fruktoza ilə zərərsiz təmin olunması üçün meyvə və giləmeyvələrdən istifadə daha məqbul sayılır.

Bu məsələ ilə bağlı alimlərin apardığı təcrübə də diqqəti çəkir. Alimlər bu təcrübədə iki qrup siçovullardan istifadə ediblər. Birinci qrupa adi su, ikinci qrupa şəkər qatılmış su içirdiblər. Sonra hər iki qrupda olan siçovulları dolanbaca (labrintə) buraxıblar. Adi su işən siçovullar şirin su içmişlərə nisbətən dolanbacdan daha asanlıqla çıxa biliblər.

Mütəxəssislər tövsiyə edirlər ki, xüsusilə zehni əməklə məşğul olanlar, tələbələr qara şokolad istisna olmaqla ümumiyyətlə şirniyyat və qənnadı məhsullarından imtina etməlidirlər. Daha yaxşı olar ki, şirniyyata olan həvəs tələbatı təbii şirin qida məhsulları ilə, balla, meyvə və giləmeyvələrlə əvəz olunsun.

Hər halda kütləşməmək üçün alimlərin məsləhətinə qulaq asmağa, səhər yeməyində şirin bulkalardan, çay icərkən konfetlərdən, susayanda şirin qazlı içkilərdən imtina etməyə dəyər. Axı həm də bunları əvəz edə biləcək əl çatan təbii əvəzləyicilər var axı... Belə olduğu halda kütləşməyə dəyərmi?

İlham Cəmiloğlu /Modern.az/




Ana səhifəyə qayıt        Baxış: 322          Tarix: 29-06-2017, 00:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent