Xəbər lenti

XXI əsrin sonlarında bir çox böyük şəhərlərdə havanın temperaturu 6-9 dərəcə yüksələ bilər.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) dünyanın bir sıra böyük şəhərlərində yay ayları üçün gələcək hava proqnozlarında deyilir.

Proqnoz 2100-cü ilin yay ayları üçün Doha, Bağdad, Barselona, Berlin, Brüssel, Buenos Ayres, Keyptaun, Frankfurt, Hanoy, Havana, Kampala, Madrid, Monreal, Nayrobi, Paris, Sofiya və Tokio şəhərləri üzrə verilib.

Araşdırma aparmaq və videonun hazırlanması üçün dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər və sinoptiklər cəlb olunub.

Onlar istixana qazlarının emissiyalarının kəskin artımı halında XXI əsrin sonlarında Yer səthində temperaturun orta hesabla 4 dərəcə, bir çox böyük şəhərlərdə isə 6-9 dərəcə Selsi yüksələcəyini müəyyənləşdirib.

Məsələn, əsrin sonlarında Paris orta yay temperaturu indi 22,7 dərəcədən 29,2 dərəcə Selsiyə yüksələcək. Yay aylarında ən qızmar istiliyi isə Doha və Bağdadın sakinləri yaşayacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 960          Tarix: 6-07-2017, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma