Xəbər lenti
“Milli Televiziya və Radio Şurası (MTRŞ) olaraq IP televiziyaların (IPTV) inkişafında maraqlıyıq. Çünki bu yeni bir sahədir. Ötən il MTRŞ tərəfindən 14 IP televiziyaya lisenziya verilib və bu proses davam edəcək”.
 
Ovqat.com bildirir ki, bunu APA-ya MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

O bildirib ki, IP televiziya fəaliyyəti ilə bağlı lisenziya almaq üçün MTRŞ-ya müraciətlər var: “Üç, dörd şirkətin müraciətindən sonra sədrin qərarı ilə Şuranın iclası keçirilir. İclasda üzvlər tərəfindən kollegial qaydada IP televiziya fəaliyyətinə görə lisenziyanın verilməsi barədə qərar qəbul edilir”.

Şöbə müdirinin sözlərinə görə, IP televiziya üçün lisenziya verilməsi ilə bağlı sənədlərin siyahısı azaldılıb: “Çox sadə şəkildə, beş-altı sənəd təqdim etməklə, IP televiziyaya lisenziya verilir. Kim IP televiziya fəaliyyəti ilə məşğul olmaq istəyirsə, lisenziya almaq üçün mütləq şəkildə Milli Televiziya və Radio Şurasına müraciət etməlidir”.

N. Cavadov qeyd edib ki, İP televiziya üçün lisenziya rüsumunun məbləği 1500 manatdır və qanunvericiliyə görə lisenziyalar müddətsiz verilir.

Qeyd edək ki, MTRŞ “Qaraxan” MTK, “Metronet” MTK, Bakıxanov MK MMC və “Aytac” MTK-nın lisenziya olmadan, qeyri-qanuni İP televiziya fəaliyyəti göstərdiyini açıqlayıb.

Xatırladaq ki, İP televiziya internet yayım üsulu ilə kabel şəbəkəsi yayımı fəaliyyətidir.



Ana səhifəyə qayıt        Baxış: 1 019          Tarix: 19-04-2017, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma