Xəbər lenti

 

Yer kürəsinə çoxmərtəbəli bina boyda bir asteroid yaxınlaşır.

O, planetimizin yaxınlığından bu il oktyabrın 12-də keçəcək.

Ovqat.com Milli.Az-a istinadən xəbər verir ki, alimlər bu asteroidə 2012 TC4 adını veriblər. Onun Yerə maksimal yaxınlaşması zamanı məsafə cəmi 44 min km təşkil edəcək. Bu isə Yerlə Ay arasında olan məsafədən dəfələrlə (384 403 km) azdır.

Nəhəng asteroidin diametri 15 km-dən 30 km-dək təşkil edir. Avropa Kosmik Agentliyinin mütəxəssislərinin fikrincə, asteroidin yaxınlaşacağı məsafə Yer üçün çox təhlükəlidir, bununla belə onun Yerlə toqquşması ehtimalı çox deyil.

Qeyd edək ki, bu asteroid kosmosda ilk dəfə 2012-ci ildə aşkar edilib.




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 11-08-2017, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma