Xəbər lenti
Avropa İttifaqı (Aİ) Şurası iyunun 15-dən etibarən bütün Birlik ərazisində avropalı istifadəçilər üçün pulsuz rouminq xidmətinə keçidi təsdiqləyib.
Ovqat.com Report-a istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının kommünikesində bildirilir.
Belə ki, iyunun 15-dən etibarən mobil telefon istifadəçiləri Aİ üzvü olan digər ölkələrə səyahət edərkən heç bir əlavə ödəniş olmadan, mobil operatorun öz tariflərinə uyğun zəng edə, mesaj yollaya və ya şəbəkədə axtarış edə biləcəklər.



Ana səhifəyə qayıt        Baxış: 1 038          Tarix: 25-04-2017, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma