Xəbər lenti

UEFA Azərbaycana 426 320 avro əlavə vəsait ayırıb.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 2016-2017 mövsümündə Azərbaycan çempionatındakı klubların uşaq-gənclər futbolunun inkişafı ilə bağlı layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ödənilib.

UEFA ümumilikdə 54 milli assosiasiyaya ayırdığı vəsaiti iki yerə bölüb. 2016-2017 mövsümündə UEFA Gənclər Liqasının qrup mərhələsində təmsil olunmuş 17 ölkəyə daha yüksək məbləğdə ödəniş edilib. Azərbaycan qalan 37 ölkə arasında yer alıb. Keçmiş SSRİ respublikalarından Belarus (452300), Litva (433474) və Qazaxıstandan (431591) geri qalan milli assosiasiya ümumilikdə 13 ölkəni üstələyib. Onların arasında Gürcüstan(422,328) və Ermənistan (408,472) da var.

Qeyd edək ki, ötən mövsüm UEFA Gənclər Liqasında Azərbaycanı "Qəbələ" təmsil edib. "Qırmızı-qaralar" elə ilkin təsnifat mərhələsindəcə Rusiyanın "Dinamo" (Moskva) komandasına evdə 0:2, səfərdə 0:5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. 




Ana səhifəyə qayıt        Baxış: 835          Tarix: 24-10-2017, 13:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma