Xəbər lenti

"Qarabağ" qayıtdı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” vətənə qayıdıb.

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə İngiltərə çempionu “Çelsi” ilə qarşılaşan təmsilçimiz bu gün Bakıya dönüb.

Londondan birbaşa reyslə qayıdan komanda 10:00-da paytaxta çatıb. Əsas komanda ilə birgə səfərə çıxan Ağdam klubunun U-19 kollektivi də birgə qayıdıb.

Qeyd edək ki, “Qarabağ”ın əsas komandası “Çelsi”yə 0:6, UEFA Gənclər Liqasında mübarizə aparan U-19 isə 0:5 hesabıyla uduzub. (fanat.az)




Ana səhifəyə qayıt        Baxış: 877          Tarix: 13-09-2017, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma