Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Havadarlarına arxayın olan Ermənistan yüz xahiş-minnətlə əldə etdiyi atəşkəs razılaşmasına belə sadiq qalmayaraq, onu pozur. Son 28 gün ərzində itirdiyi əraziləri yenidən ələ keçirmək üçün Azərbaycan mövqelərinə hücum edir. Onun arxalandığı əsas qüvvə isə dünyanın iki ən böyük hərbi qüdrəti – ya Rusiya, ya da ABŞ-dır. Əlində isə yaxşı bəhanəsi də var: atəşkəsi biz yox, Azərbaycan tərəfi pozub.
Ovqat.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün facebookda paylaşdığı video-çıxışında bu erməni hiyləsini hələ tərəflər atəşkəs razılaşmasına imza atdığı zaman planlaşdırdıqlarını faktiki etiraf edib.
Onun iddiasına görə, dünən gecə ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo ilə telefon danışığında Azərbaycanın atəşkəsə əməl etməyəcəyini bildirib. Pompeo isə guya ona hansısa vədləri verib və narahat olmamağı tapşırıb.
İndisə “Ermənistan ABŞ-ın Qarabağda atəşkəs razılaşmasının pozulmasına reaksiyasını gözləyir”, - Paşinyan belə deyib.
"Əlbəttə, biz hələ prezident Trampın necə reaksiya verəcəyini bilmirik, lakin gecə yarısı ərzində mən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparmışam və ona açıq şəkildə bildirmişəm ki, bu, onlar üçün ilk atəşkəsdir, bizim üçün isə üçüncüdür, təxminən, sabah nə baş verəcəyini deyə bilərəm, böyük ehtimalla əməl olunmayacaq, bunun üzərinə isə günah Ermənistan tərəfinə qoyulacaq", - deyə Paşinyan vurğulayıb.
Bununla yanaşı, o, ABŞ-ın dövlət katibinin nə cavab verdiyini açıqlamaq istəməyib. Amma ümid etdiyini bildirib ki, ABŞ-da səhər, iş günü başlayanda Prezident Trampın aparatı bu suallara cavab verəcək.
Sual oluna bilər: Paşinyan hardan bilirdi ki, bu atəşkəs pozulacaq? Axı bunu atəşkəsi pozmağa hazırlaşan tərəf ancaq bu qədər dəqiqliyi ilə bilə bilər. Ya da gərək esktrasens olasan. Paşinyanın ekstrasens olmadığını nəzərə alsaq, geridə bir versiya qalır: atəşkəsi Paşinyanın özü pozub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar