Xəbər lenti
 
 
"Ermənistan və Arsax indi sivilizasiyalararası cəbhəsi xəttinə çevrilib".
 
Ovqat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.
 
O, "TİME" portalına müsahibəsində Türkiyə Prezidenti R.T.Ərdoğanı regiona 1500-dən 2000-dək Suriya terrorçusu göndərməkdə ittiham edib.
 
"Türkiyənin hərəkətləri Osmanlı imperiyasının bərpasına yönəlmiş addımlardan başqa bir şey deyil", - deyə Paşinyan bildirib.
 
Paşinyan bildirib ki, Ermənistan tərəfi atəşkəsə hazırdır, amma onun bəzi şərtləri var: “Türkiyə öz əməllərini dayandırsın və muzdluları və terrorçuları regiondan çıxarsın".
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev atəşkəs üçün 3 şərt irəli sürmüşdü. Bunlardan ən başlıcaları Ermənistan ordusunun dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağdan çıxarılması və İrəvanın Azərbaycan xalqından üzr istəməsidir. Undiyədək bu tələblər yerinə yetirilmədiyi üçün  İrəvanın hansısa şərt irəli sürməsinin heç bir məntiqi əsası yoxdur.
 
Əslində bunu Paşinyanın özü də bilməmiş deyil. Sadəcə o, rəsmi Bakının beynəlxalq hüquqa söykənən dəmir məntiqi qarşısında çarəsiz qaldığından ermənilərin xristian olduğunu qabardıb getdikcə mədəniyyətlərarası ziddiyyətlərə sürüklənən dünyanın bu zəif nöqtəsindən faydalanmağa çalışır. Unudur ki, bu kimi məsələləri dini mənsubiyyət yox, beynəlxalq hüquq normaları müəyyənləşdirir. Üstəlik, Ermənistan 3 tərəfdən müsəlman ölkəylə həmsərhəddir və mədəniyyətlərarası amilin ön plana çıxarılması təkcə Qarabağı itirməsiylə deyil, İrəvanın da bir dövlət kimi məhviylə nəticələnə bilər.
 


Ana səhifəyə qayıt        Baxış: 5 659          Tarix: 7-10-2020, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma