Xəbər lenti
14-11-2018, 20:40

Azərbaycan Həcc ziyarətinə kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət edə bilər.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota üzrə 1440 zəvvar sənəd verib. Ancaq Həcc ziyarəti üçün əlavə müraciət edənlər var və müraciətlər davam edir.

QMİ-dən bildirilib ki, məsələnin həlli istiqamətində məsləhətləşmələr aparılır və əgər qərar qəbul olunsa, kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət olunacaq.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam etməlidir, lakin müraciətlər çox olduğundan kvota vaxtından əvvəl dolub. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

 




Ana səhifəyə qayıt        Baxış: 185          Tarix: 16-05-2018, 16:19      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent