Xəbər lenti

  

“Alma-Ata Bəyannaməsi Ermənistan və Azərbaycan arasında delimitasiyanın əsas prinsipi kimi hər iki ölkə tərəfindən qəbul edilmiş və bu iki ölkə arasında ən yüksək səviyyədə təsbit olunmuş dönməz bir reallıqdır”.

 

Ovqat.com-un məlumatına görə,  Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib”.

 

Onun sözlərinə görə, delimitasiya məsələsi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin başçılığı ilə Almatıda keçiriləcək görüşdə (10 may) müzakirə ediləcək.

 

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Sovet İttifaqının hüquqi qüvvəyə malik ən son xəritələri əsasında həyata keçirilir ki, bu da çox vacibdir. Biz hər hansı konkret xəritəni sadalamaqla məhdudlaşmaq istəmirik, çünki bizim üçün Ermənistan sərhədinin bütün perimetri boyunca tam delimitasiyanın təmin edilməsinə yönəlmiş hüquqi bazanı ifadə etmək vacibdir və biz həm də praktiki baxımdan hərəkət edirik. Biz əvvəllər verdiyimiz bəyanatlardan kənara çıxmamışıq və indi bu məntiq əsasında hərəkət edirik”, - Paşinyan vurğulayıb.

 

İki dövlət rəsmiləri arasında danışıqlarda Sovet İttifaqının dağıldığı dövrdə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədləri əks etdirən xəritələrdən istifadə olunduğunu bildirən Paşinyan sərhəd dirəklərinin quraşdırılması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, onlar qanuni əsaslarla quraşdırılır, Voskepar (Aşağı Əskipara), Kirants (Xeyrimli), Berkaber (Qızılhacılı), Bağanis (Bağanis Ayrım) kəndləri və ümumilikdə bütün Ermənistanın təhlükəsizliyinin təminatına çevrilir.

 

Ermənistan indi elə bir vəziyyətdədir ki, heç bir təhlükəsizlik zəmanəti yoxdur və ona görə də bu vəziyyətdə təhlükəsizlik təminatlarının yaradılması üçün müəyyən tədbirlər görülməlidir. Biz indi delimitasiya aparırıq və onun məqsədi təhlükəsizlik təminatlarının yaradılmasıdır. Sərhəd sütunları isə təhlükəsizlik təminatlarının sütunlarıdır və bunları quraşdırmaq çox vacibdir”, - Paşinyan bildirib.

 

“Məqsədimiz müharibənin olub-olmayacağını təhlil etmək deyil, müharibənin istisna olunduğundan əmin olmaqdır. Biz isə bu yolla gedirik və məqsədimiz müharibəni mənasız, məntiqsiz, qeyri-qanuni və mümkünsüz etməkdir. Müharibəni başlamaq zəminindən məhrum etmək və baş verənləri obyektiv qiymətləndirmək lazımdır”, -deyən Baş nazir qeyd edib ki, sütunların quraşdırılması ilə bağlı işlərin böyük hissəsi - təxminən 90%-i görülüb və bu iş getdikcə Ermənistan üçün onun suveren qərarı çərçivəsində təhlükəsizlik təminatlarının formalaşmasına inamını artırır.

 




Ana səhifəyə qayıt        Baxış: 5 473          Tarix: 7-05-2024, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma