Xəbər lenti

 Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens ilə görüşüb.

Ovqat.com APA-ya  istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verib.

 «Mayk Pens ilə görüşdə strateji əməkdaşlığın əsas məsələləri və münasibətlərin gələcək perspektivləri nəzərdən keçirilib”, məlumatda deyilir.

 Donald Trampla görüşündən sonra Georgi Kvirikaşvili bildirib ki, rəsmi Vaşinqton strateji tərəfdaş qismində Gürcüstanı dəstəkləməkdə davam edəcək və iki ölkə arasında münasibətlər daha da dərinləşəcək.

 Qeyd edək ki, G.Kvirikaşvili ABŞ vitse-prezidentinin dəvəti ilə Vaşinqtonda səfərdədir. Gürcüstan nümayəndə heyətinə həmçinin xarici işlər naziri Mixail Canelidze, onun müavini David Zalkaliani və baş nazirin müşaviri Tedo Caparidze daxildir. 




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 8-05-2017, 22:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent