Xəbər lenti
 
İçərisində “USS Carl Vinson” adlı təyyarə gəmisinin də  yer aldığı ABŞ-ın bir flotu bu ayın sonuna qədər Şimali Koreya sahillərinə yaxınlaşacaq.
Ovqat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

Vitse-prezident səfərə getdiyi Avstraliyanın Sidney şəhərində keçirdiyi mətbuat konfransında Şimali Koreya ilə yaşanan gərginliyin sülhsevər həllinin mümkünlüyünə  inandığını və bunun Çindən asılı olduğunu gizlətməyib:
“ABŞ-ın bölgədəki müttəfiqləri və Çin Pxenyana lazımi təzyiqi tətbiq etsə, bu mümkündür. Çinin indiyə qədər atdığı addımlar bizi ümidləndirir."
Maraqlıdır ki, Şimali Koreyada Çinin mühüm rolu barədə bənzər fikirlər ABŞ prezidentinin də dilindən səslənmişdi. O, "Fox" televiziya kanalına verdiyi açıqlamasında bildirmişdi ki, əgər Çin Pxanyana nüvə proqramından imtina etməsi üçün lazım olan təzyiqi göstərməsə, ABŞ Şimali Koreyada təkbaşına hərəkət etməli olacaq.
Qeyd edək ki, sözügedən təyyarə gəmisinin Şimali Koreyaya tərəf yön aldığı xəbərləri yayılanda həm Çin, həm də Rusiya öz ordularını döyüşə hazır vəziyyətə gətirmiş, xeyli əsgər və texnikalarını bu ölkəylə sərhədlərə cəmləmişdilər. Mütəxəssislər həmin əsgəri aktivliyi müharibə ehtimalının yüksək  olmasıyla əlaqələndirmişdilər.
 ABŞ hökumət dairələrindən alınan son məlumatlarda da Çin hava qüvvələrində qeyri-adi hərəkətliliyin müşahidə edildiyi bildirilir.



Ana səhifəyə qayıt        Baxış: 1 165          Tarix: 23-04-2017, 00:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma