Xəbər lenti

 

İran prezidentinin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfinin öldürdüyü ikinci həyat yoldaşı Mitra Ustadın valideynləri qeydiyyat idarəsinə gedərək M.Ə.Nəcəfini əfv etdiklərinə dair sənədi rəsmiləşdiriblər.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu mərhum M.Ustadın vəkili Mahmud Haciluyi deyib.
O bildirib ki, M. Ustadın valideynləri qeyd-şərtsiz və heç bir pul almadan M.Ə.Nəcəfini əfv etmək üçün sənədi imzalayıblar.
Siyasətçi mayın 28-də gənc arvadını güllələdiyini etiraf etmiş və cinayətdə istifadə etdiyi silahı polisə təhvil vermişdi.

35 yaşlı Mitra Nəcəfinin meyiti Saadat Abad rayonundakı evində tapılıb. Bu mərkəzi rayonda İran elitasının üzvləri məskunlaşıblar.

Müşavir özü polisə təslim olub və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.

O, ikinci həyat yoldaşının qətlini ailə münaqişəsi ilə əlaqələndirib.

Xatırladaq ki, 67 yaşlı Nəcəfi 2017-ci ilin avqustunda Tehran meri seçilib, amma 2018-ci ilin aprelində istefa verib. M. Nəcəfi İran prezidentinin ən yaxın adamlarından biri hesab edilir.




Ana səhifəyə qayıt        Baxış: 50          Tarix: 17-08-2019, 16:58      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent