Xəbər lenti

 

İndoneziyada bir ailə yeni dünyaya gəlmiş körpəni köhnə zavodun baxımsız qalmış anbarına atıb.

Ailəsi tərəfindən tərk edilmiş körpə çirkab tullantılarla dolu anbarın içində tapılıb. Uşağın qışqırıq səsini eşidən vətəndaşlar dərhal onu ordan çıxarıblar.

Qida tullantıları, ağac budağı və yarpaqlarla üzəri örtülmüş balaca körpənin qız uşağı olduğu bildirilib.

Uşağın bədənində yara izləri və başının bir hissəsində ciddi xəsarətlər olub. Təcili xəstəxanaya çatdırılan uşağın vəziyinin yaxşı olduğu deyilib.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 851          Tarix: 12-08-2017, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma