Xəbər lenti
15-10-2019, 20:29
15-10-2019, 20:09

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək iki qurum arasında əməkdaşlıq haqqında imzalanmış müqaviləni xatırladıb. İnstitutun direktoru qeyd edib ki, sözügedən müqavilə iki ölkənin ədəbi mühitinin ictimaiyyətə tanıdılması baxımından önəmlidir. Akademik İ.Həbibbəyli müqavilə çərçivəsində birgə konfransların keçirilməsinin, məqalə və kitab nəşrinin vacibliyini vurğulayıb.

Sonra İLESAM-ın sədri, şair Mehmet Nuri Parmaksız çıxış edərək 2018-ci ilin mart-aprel aylarında iki qurumun təşkilatçılığı ilə beynəlxalq simpoziumun keçiriləcəyini bildirib. M.N.Parmaksız Mikayıl Müşfiqin anadan olması ilə əlaqədar keçirilən şairlər gününün növbəti il Xəlil Rza Ulutürkün yaradıcılığına həsr ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin nümayəndəsi Xəyal Rza isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi çərçivəsində istiqlal şairləri ilə bağlı anım tədbirlərinin keçiriləcəyini bildirib./AZƏRTAC/




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 7-06-2017, 14:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent