Xəbər lenti
Dünən, 14:56
Dünən, 10:43
29-01-2026, 19:02
29-01-2026, 15:27
29-01-2026, 13:34
29-01-2026, 13:19
29-01-2026, 10:05
29-01-2026, 10:00
28-01-2026, 18:44
28-01-2026, 17:04
28-01-2026, 14:26
28-01-2026, 13:29
28-01-2026, 12:02
28-01-2026, 10:28
28-01-2026, 10:21
27-01-2026, 17:11
27-01-2026, 15:06
27-01-2026, 13:47
27-01-2026, 13:03
27-01-2026, 12:48
27-01-2026, 12:37
27-01-2026, 10:51
AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülən alimlərin adları məlum olub.Akademiyanın mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilən növbəti iclasında 7 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.
Belə ki, fizika-riyaziyyat üzrə elmlər doktoru Kərim Allahverdiyev A3 B6 laylı kristalların fizikası və Non-Lineer xüsusiyyətlərinin lazerlərdə istifadəsi, həmçinin Lidar və tətbiqləri sahəsindəki elmi nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına, akademik Məhərrəm Babayev Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası, mühafizəsi və təsnifatı üzrə silsilə monoqrafiyaların nəşrinə görə AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin musiqi irsinin tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, AMEA-nın müxbir üzvü Zakir Qarayev dərin mikozların törətdiyi xəstəliklərin müalicə və diaqnostikasındakı elmi nailiyyətlərinə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına, akademik Vaqif Fərzəliyev yüksək keyfiyyətli aşqarların və sürtkü materiallarının yaradılması sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi elmi nəticələrə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına, akademik Vasif Babazadə Azərbaycanın mineral-xammal resurslarının öyrənilməsində fundamental tədqiqatlara görə AMEA-nın akademik Musa Əliyev adına, tarix üzrə elmlər doktoru Əli Rəcəbli isə Azərbaycan numizmatik irsinin elmi tədqiqi və təbliğindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatlarına layiq görülüblər.
Qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























