Xəbər lenti

Azərbaycandan Ermənistana yarım ton çay, o cümlədən duz aparılıb.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, Azərbaycan istehsalı olan çay və duz Gürcüstandan idxal edilirmiş.

Məlumata görə, Ermənistanın gömrük xidməti Azərbaycan məhsullarını aparan Gürcüstan dövlət nömrə nişanlı yük avtomobilini saxlayıb. Bundan sonra məhsullar müsadirə edilib. Məhsulları Ermənistana aparan erməni vətəndaşlar isə malların Azərbaycan istehsalı olduğunu bilmədiklərini açıqlayıb.

Lakin Ermənistan mediası indiyə qədər Azərbaycan istehsalı olan almalar kimi, çay və duzların da İrəvan yarmarkalarında satıldığını yazıb. Sadəcə olaraq, Azərbaycanın “DAD” firmasına məxsus almaların İrəvan bazarlarında satıldığı aşkarlanandan sonra, gömrükdə nəzarətin gücləndiyini bildiriblər.
Qeyd edək ki, aprel ayında İrəvan bazarlarında Azərbaycanın “DAD” firmasının istehsal etdiyi almaların satıldığı ortaya çıxıb. Bu fakt bütün Ermənistanda ciddi təşvişə səbəb olub. Daha sonra məlum oldu ki, “DAD” firması məhsullarını Gürcüstana ixrac edir, ermənilər isə Azərbaycan məhsullarını Gürcüstan bazarlarından alaraq, öz ölkələrinə aparırlar. 




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 20-06-2017, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma